BP-də 2485 azərbaycanlı işləyir

BP-də 2485 azərbaycanlı işləyir
  14 Avqust 2020    Oxunub:3522
Cari ilin birinci yarısının sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər təşkil edib.
Azvision.az -ın məlumatına görə, “BP Azerbaijan” şirkətindən bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: BP  





Xəbər lenti