Siyəzənin su təchizatı yaxşılaşdırılır

  13 Avqust 2020    Oxunub : 2275
Siyəzənin su təchizatı yaxşılaşdırılır
Siyəzən rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, layihəyə əsasən, kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Kəndlər relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vasitəsi ilə aparılacaq.

məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 ədəd nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastrukturlar hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş 6 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.

Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

Azvision.az

Teqlər: Siyəzən   Su