AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı

  12 Avqust 2020    Oxunub : 3027
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az-a verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 94 ictimai iaşə obyekti, 45 ərzaq satışı mağazası olmaqla ümumilikdə 139 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 78-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında Bakı şəhərində “Şəki”, “Şəms”, “Real-S”, “AA”, “Best”, “Qasım” marketlər, Sabirzadə Rövşən Mübariz oğluna, İsmayılova Afət Məhəmməd qızına, Əliyev Rəhim Kamal oğluna məxsus ərzaq mağazaları, Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası, İsmayıllı rayonunda Dəmirov Rəhim Zahid oğluna, Qarayev Səməd Gəncimalı oğluna, Babayev Röyal Vahid oğluna, Şükürov Müseyib Bəkir oğluna və Mürsəliyev İlqar Bəxtiyar oğluna məxsus kafelər, Abbasov Füzuli Dadaş oğluna, Kərimli Elxan Yavər oğluna, Şıxəliyev İxtiyar Umud oğluna məxsus yeməkxanalar, Kürdəmir rayonunda Qədirov Natiq Əhməd oğluna, Abışov Mahir Qarakişi oğluna, Əhmədov Fərid Sənan oğluna, Salayev Habil Zabil oğluna, Məmmədov Tərlan Aydın oğluna, Şəmiyev Sevan Kazım oğluna, Hüseynov Rasim Tahir oğluna, Novruzov Taleh Tacəddin oğluna məxsus kafelər, Rəcəbov Hafiz Saleh oğluna, Mehdiyev Elməddin Nurəddin oğluna və Hacıyev Bagir İlham oğluna məxsus restoranlar, Ağsu rayonunda Hacıyev Ağakişi Mustafa oğluna, Oruclu Mirmahmud Mirsəfər oğluna, Valehli İlkin Mahir oğluna məxsus kafelər, Quliyev Rızaağa Gündüz oğluna, İmanov Ramil Əmənulla oğluna məxsus yeməkxanalar, Şeydayev Babək Cavanşir oğluna məxsus restoran, Şamaxı rayonunda Binyətov Yaşar Ağabala oğluna, Alıyev Samir Cəlil oğluna, Ağaməmmədov Çingiz Ağaməmməd oğluna, Ağakərimov Firavan Eldar oğluna, Hümbətov Şahin Süleyman oğluna məxsus restoranlar, Feyzullayev Tofiq Feyzulla oğluna, Nəbiyev Sahib Uruf oğluna məxsus yeməkxanalar, Nağıyev Samir Seymur oğluna məxsus kafe, Neftçala rayonunda Əsədli Azər Raqib oğluna, Nəcəfov Qəhrəman Məhərrəm oğluna, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafelər, Saatlı rayonunda Ağamirzəyev Seymur Fərqəməli oğluna, Əliyev Elçin İmran oğluna, Mehdiyev Mansur Balaxan oğluna məxsus kafelər, Babayev Əzizağa Alməmməd oğluna məxsus restoran, Hacıqabul rayonunda Cabbarov Ramiz Kərəm oğluna, Xəlilov Aydın Maarif oğluna məxsus kafelər, Şirvan şəhərində Məmmədov Ramin Ərzulla oğluna, Mahmudov Rauf Rafiq oğluna məxsus yeməkxanalar, Xəlilov Mehman Vaqif oğluna məxsus restoran, Əsgərov Ehtiram Dünyamalı oğluna, Zeynalov İsmayıl Aslan oğluna, Quliyev Məhərrəm Əbülfəz oğluna, Hüseynov Ceyhun Yadulla oğluna, Babayev İlqar Ağalar oğluna, Nağıyev Rasim Mürseyib oğluna məxsus kafelər, “Çınqıl” və “Damla” kafeləri, Tovuz rayonunda “Görüş”, “Bahar” kafeləri, “Moskva” market, Qazax rayonunda “Azər”, “Səfa” kafeləri, “Sadiq” market, Ağstafa rayonunda “Görüş” və Hüseynov Taleh Abdulla oğluna məxsus kafelər, “Səmədoğlu” market, Şəmkir rayonunda “Pub Center”, “Maracana lounge” restoranları, “Çinaraltı” market, Gədəbəy rayonunda “Nur”, “Yaşıl bağ” kafeləri və “Ümid” marketində daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azvision.az

Teqlər: AQTA