Hindistanda təyyarə qəzası: Ölü sayı artdı - (YENİLƏNİB)

  08 Avqust 2020    Oxunub : 4952
 Hindistanda təyyarə qəzası:  Ölü sayı artdı - (YENİLƏNİB)
Hindistanın “Air India Express” aviaşirkətinə məxsus təyyarənin Kojikode şəhərində sərt eniş etməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 140-dan çox sərnişin yaralanıb.

Ölənlər arasında təyyarənin ekipaj üzvləri də var.

***
Hindistanda “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub, 123 nəfər xəsarət alıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza enişi edən təyyarə Hindistana Dubaydan uçuş həyata keçirib. Hazırda qəzanın səbəbləri araşdırılır.

***
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Kerala ştatında baş verib.

“Air İndia” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 191 nəfər olub. Təyyarə eniş zolağından çıxaraq iki hissəyə parçalanıb.

Qəza nəticəsində ölənlərin və 30-dan çox insanın yaralandığı bildirilir.



Azvision.az

Teqlər: Təyyarə   Qəza