Sərxoş kişi qaçırdığı maşını aşırdı

  07 Avqust 2020    Oxunub : 2040
   Sərxoş kişi qaçırdığı maşını aşırdı
Tərtər Rayon Polis Şöbəsinə avqustun 6-da saat 19 radələrində Sarov kəndi ərazisindən kənd sakini R.Rəsulova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin V.Musayev tərəfindən qaçırılması və idarə edilərkən aşırılması müəyyən edilib.

V.Musayev polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib. Tərtər RPŞ-də araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq