Baş Prokurorluq Fuad Qəhrəmanlı və digərləri barədə məlumat yaydı
Bildirilib ki, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində biləvasitə iştirak etmiş şəxslər istintaqa cəlb edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.
Hal-hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri təmin ediləcəkdir.
Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prossesual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilmiş və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.
Qeyd olunub ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişatına təzyiq göstərilməsi kimi qiymətləndirilir.
Azvision.az
Teqlər: Baş-Prokurorluq