Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı

Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı
  05 Avqust 2020    Oxunub:4250
Bakının Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6 000 manat, digərləri 100 manat cərimə olunublar.

Azvision.az


Teqlər: Polis   Karantin  





Xəbər lenti