Məktəbdən oğurluq edən şəxs tutuldu

Məktəbdən oğurluq edən şəxs tutuldu
  05 Avqust 2020    Oxunub:3468
İmişlidə məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, İmişli rayonun Otuziki kənd orta məktəbinin inzibati binasından 5500 manat dəyərində altı noutbuk və bir televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Məlikov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti