Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  05 Avqust 2020    Oxunub:2776
İyulun 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Q.Hüseynov müəyyən edilməmiş avtomobillə vurulub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti