Masallıda evlərdən oğurluq edənlər tutulub
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduğu müəyyən edilib. Oğurladıqları 2 ədəd televizor onlardan aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN