Putin Çinli qızı çimdiklədi – VİDEO

Putin Çinli qızı çimdiklədi – VİDEO
  19 Yanvar 2014    Oxunub:1481
RF prezidenti Vladimir Putin olimpiya könüllüri ilə görüşdə Çinli qızı çimdiklədi.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 17-si RF prezidenti Vladimir Putin olimpiya könüllüləri ilə görüş keçirib. Səmimi ab havada keçən görüşdə gənc könüllülər prezidenti sual yağışına bürüyüblər. Onun hansı idman növlərinə daha çox marağının olduğu, keçiriləcək olimpiadada hansı yarışları izləyəcəyini sual edən könüllülər arasında hətta prezidentin iş rejimini izləyə biləcək gəncdə tapıldı.

Qeyd edək ki, Soçi Olimpiadasında könüllülər 60 ölkədən seçilib. Bunlar arasında çinli qızda var hansı ki, Vladimir Putinlə yanbayan oturduğuna inanmadığını bunun yuxu olduğunu bildirdi. Prezident cavabında çinli qıza yuxu olmadığını təsdiq etmək üçün onu çimdikləyəcəyini söz verdi. “Mən sizi sonra çimdikliyərəm” deyən Putin mərasim bitdikdən sonra sözünün üstündə durdu və çinli gənc qızı ehmalca qolundan çimdiklədi.

Suallar arasında maraq doğuranlardan digəri isə tələbənin Putinə “Rusiya ölkəsində homoseksualları sıxışdırdığına baxmayaraq olimpiada paltarlarının niyə belə rəngarəng olduğunu” verdiyi sual oldu. RF-nin baş bəlasına çevrilən mövzu haqqında Vladimir Putin məlumat verərək, ölkəsinin buna qarşı yox “homoseksualizm və ən əsası qeyd etmək istərdim ki, pedofilizmin təbliğatına qarşıyıq” deyə cavab verdi. RF prezidenti qeyd etdi ki, Rusiya bütün ölkələrin mədəniyyət və cəmiyyətinə hörmət etdiyi təqdirdə, öz mədəniyyət və cəmiyyətinə hörmət gözləyir.




Teqlər:  





Xəbər lenti