Braziliyada koronavirusdan ölənlərin sayı 60 mini ötüb

  02 İyul 2020    Oxunub : 1345
Braziliyada koronavirusdan ölənlərin sayı 60 mini ötüb
Braziliyada koronavirus infeksiyasından ölənlərin sayı 60 min 632 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində 1038 xəstə vəfat edib.

Ümumilikdə Braziliyada 1 448 753 nəfər koronavirusa yoluxub. Son bir gündə 46 712 yeni yoluxma halı qeydə alınıb. İndiyədək 826 866 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Braziliya