Almaniya ABŞ-ın sanksiyalarını rədd edir

  01 İyul 2020    Oxunub : 2223
 Almaniya ABŞ-ın sanksiyalarını rədd edir
Almaniya ABŞ-ın "Şimal axını 2”ni təhdid edən sanksiyalarını rədd edir.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, Berlin boru kəmərinin inşasını başa çatdırmağı vacib sayır: “Almaniya "Şimal axını 2" layihəsini iqtisadi cəhətdən qiymətləndirməyə davam edir və bunun tamamlanmasını zəruri sayır. Layihəni bitirməyin doğru olduğunu düşünürük və bu ruhda çalışırıq".

Merkelin fikrincə, ABŞ-ın təhdid etdiyi xarici sanksiyalar Almaniyada mövcud olan qanunlara uyğun deyil.

Qeyd edək ki, ABŞ senatı “Şimal axını 2” layihəsi əleyhinə əlavə sanksiyaları Birləşmiş Ştatların müdafiə büdcəsinə daxil edib.

Respublikaçı konqresmen Stiv Uomak deyib ki, layihənin tikintisini başa çatdırmağa yönəlmiş sanksiyaların həmmüəllifi olduğundan qürur duyur və bu prioritet mövqeni müdafiə büdcəsi layihəsinə daxil etdiyinə görə Senatı alqışlayır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AngelaMerkel