Ermənistanda bir gündə koronavirusa rekord yoluxma

Ermənistanda bir gündə koronavirusa rekord yoluxma
  24 İyun 2020    Oxunub:1812
Ermənistanda son sutka ərzində daha 711 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 717 nəfərə çatıb.

Bir gündə 14 nəfər vəfat edib və bununla virusa yoluxma nəticəsində ölənlərin sayı 386 nəfər olub. İndiyədək xəstəlikdən sağalanların sayı 10 797 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti