Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq - RƏSMİ

 Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq  - RƏSMİ
  13 İyun 2020    Oxunub:3987
Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb
Təhsil nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.

"Preident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb"-deyə, məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Tələbə   Təqaüd  





Xəbər lenti