457 nəfər eksternat imtahanında uğur qazanıb

457 nəfər eksternat imtahanında uğur qazanıb
  13 İyun 2020    Oxunub:3457
Əvvəlki illərdə təhsilini başa vura bilməyənlər üçün eksternat imtahanlarında 457 nəfər müvəffəq olub
Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib.

Onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti