Daha 3 şagird məktəbi vaxtından tez bitirəcək

Daha 3 şagird məktəbi vaxtından tez bitirəcək
  13 İyun 2020    Oxunub:11128
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün 2019-2020-ci tədris ilində də eksternat qaydasında ənənəvi imtahan keçirilib.
Bakı Şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, imtahanlarda şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb. İbtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb.

Azvision.az



Teqlər: Şagird   İmtahan  





Xəbər lenti