Naxçıvanda 2723 şagird XI sinfi bitirib

Naxçıvanda 2723 şagird XI sinfi bitirib
  13 İyun 2020    Oxunub:2798
Naxçıvan Muxtar Respublikasında bu tədris ili ümumtəhsil məktəblərinin IX sinfini 3546, XI sinfini isə 2723 şagird bitirib.
Azvision.az xəbər verir ki, XI sinif məzunlarından 2575-i, yəni 94,6 faizi ali və orta ixtisas müəssisələrinə qəbul üçün sənəd verib.

Həmçinin, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılıb. Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 352, Qızlar Liseyinə isə 230 şagird sənəd verib, iyunun 11-də Naxçıvan Qızlar Liseyinə, iyunun 12-də isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilib.

Mövcud vəziyyətlə bağlı mart ayının əvvəlindən tədris prosesinin dayandırılmasına baxmayaraq, son 4 ay ərzində şagirdlərə gündəlik olaraq mövzular çatdırılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələri ilə qarşılıqlı sıx əməkdaşlığın qurulması diqqətdə saxlanılıb, onlayn qaydada konfranslar və təlimlər davam etdirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Naxçıvan   Təhsil  





Xəbər lenti