Bu il BŞTİ-yə 55 mindən çox müraciət daxil olub

Bu il BŞTİ-yə 55 mindən çox müraciət daxil olub
  13 İyun 2020    Oxunub:4262
2019-2020-ci tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinə 55 066 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.
İdarədən Azvision.az -a verilən məlumata görə, Telefon Məlumat Mərkəzində 8 320 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi karantin rejimi dövründən öncə 1 289 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

12 651 sənəd (vətəndaşlar tərəfindən 2 874 ərizə, Təhsil Nazirliyindən 1 611, digər qurumlardan 1 712, məktəblərdən 4 370 məktub, 594 strukturdaxili yazışma və 1 490 kadr ərizəsi) qəbul olunub. Həmçinin 4 542 elektron müraciətə baxılıb.

Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Hesabat  





Xəbər lenti