Bakıda müəllimlərin maaşı 688 manat oldu

 Bakıda müəllimlərin maaşı 688 manat oldu
  13 İyun 2020    Oxunub:10562
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.
Bu barədə Azvision.az -a İdarədən məlumat verilib.

Həmçinin bildirilib ki, 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

2 məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də, 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti