AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-da iki yeni mərkəz yaradılır
  11 İyun 2020    Oxunub:2319
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Akademiyadan Azvision.az -a bildirilib ki, iclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin və AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, eləcə də Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Azvision.az


Teqlər: AMEA   Mərkəz  





Xəbər lenti