AMEA-nın 10 mindən çox əməkdaşı var

 AMEA-nın 10 mindən çox əməkdaşı var
  11 İyun 2020    Oxunub:4739
AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10036 nəfərdir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağında bildirilib.

Qeyd olunub ki, elmi işçilərin ümumi sayı 4700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1925 nəfəri fəlsəfə doktorudur.

AMEA-nın tərkibi 168 üzvdən ibarətdir: 67 həqiqi üzv, 101 müxbir üzv. AMEA-nın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti