Universitet və kolleclərə ərizə qəbulu bu gün bitir

Universitet və kolleclərə ərizə qəbulu bu gün bitir
  09 İyun 2020    Oxunub:3539
Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bu gün başa çatır.
Azvision.az xəbər verir ki, iyunun 9-u saat 10.00-a olan məlumata görə I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 041 abituriyent elektron ərizəsini təsdiq edib.

Onlardan 65 950 nəfəri Azərbaycan, 6 091-i isə rus bölməsi üzrə təhsil alanlardır.

Bundan başqa, V qrup üzrə qeydiyyatdan keçənlərin sayı 56 823 nəfərdir. Tam orta ixtisas təhsili üzrə isə bu rəqəm 59 739 təşkil edir.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti