Magistr olmaq istəyənlərə yeni şans verildi

 Magistr olmaq istəyənlərə yeni şans verildi
  08 İyun 2020    Oxunub:3945
Bu il magistraturaya qəbul imtahanında minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ixtisaslaşma seçimi müsabiqəsində iştirak etməsinə icazə verilib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun 2020-ci il tarixlərində həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcəkdir.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti