Ərizə verən abituriyentlərin sayı 88 171-ə çatdı

 Ərizə verən abituriyentlərin sayı 88 171-ə çatdı
  06 İyun 2020    Oxunub:4133
Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30229 (27750 nəfər Azərbaycan, 2479 nəfər rus bölməsi), II qrup üzrə 13773 (12430 nəfər Azərbaycan, 1343 nəfər rus bölməsi), III qrup üzrə 22165 (20604 nəfər Azərbaycan, 1561 nəfər rus bölməsi), IV qrup üzrə 5057 (4410 nəfər Azərbaycan, 647 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 55961 nəfərdir, onlardan 52318 nəfəri Azərbaycan, 3643-ü isə rus bölməsidir. Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 58737 nəfərdir. Onlardan 55877 nəfəri Azərbaycan, 2860 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Elektron ərizə verən subbakalavrların sayı isə 8262-dir. Təsdiq olunan elektron ərizələrin sayı 4977-dir.

Qeyd edək ki, ali məktəblərə və orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu iyunun 9-u saat 23:59-dək davam edəcək. Subbakalavrların elektron ərizə qəbulu isə iyunun 1-dən başlayıb və iyulun 10-dək davam edəcək.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti