Bill Qeyts: “Bu, dəlilikdir, şayiələrə gülürəm”

  05 İyun 2020    Oxunub : 2426
  Bill Qeyts:  “Bu, dəlilikdir, şayiələrə gülürəm”
Microsoft şirkətinin qurucusu Bill Qeyts insanları koronavirus əleyhinə peyvənd etmək adı ilə çipləşdirəcəyi haqqında yayılan xəbərləri təkzib edib.
Azvision.az xəbər verir ki, Bill Qeyts BBC-yə verdiyi müsahibədə bunu "dəlilik" adlandırıb və belə şayiələrə güldüyünü deyib.

Onun sözlərinə görə, bütün dedi-qodular və anti-elmi açıqlamalar insanlar arasında düşmənçiliyə səbəb olur.

Qeyts, həyat yoldaşı Melinda ilə birlikdə xeyriyyə fondunun yaradıcısı olduğunu dilə gətirib.

"Əgər onlar bunu hiyləgərlik adlandırıb, peyvəndin zərərli olduğunu düşünəcəklərsə və bundan imtina edəcəklərsə, onda xəstəlik insanları öldürməyə davam edəcək. Fondumuzun farmakologiya sahəsində çoxsaylı mütəxəssisləri var və biz ən yaxşı metod seçimi ilə bağlı hökumətlə şirkətlər arasında vicdanlı vasitəçi hesab olunuruq",- deyə milyarder vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: BillGeyts   peyvənd