Magistraturaya ixtisas seçimi iyunda aparılacaq

  20 May 2020    Oxunub : 3100
Magistraturaya ixtisas seçimi iyunda aparılacaq
Magistraturaya ixtisas seçiminin iyun ayının sonunda aparılması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nərminə Bayramova Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanı bitib və tələbələr öz nəticələrini bilirlər.
“Yalnız ixtisas seçimi qalıb. O da iyunun sonuna gözlənilir".

Aytən Zəhra
Azvision.az

Teqlər: DİM