İmişlidə avtomobil yanıb

  05 May 2020    Oxunub : 1837
İmişlidə avtomobil yanıb
İmişli rayonunda avtomobil yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Otuziki kəndində “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Nəqliyyat vasitəsinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın