Dövlət qulluğu üzrə onlayn imtahanlar pulsuz olacaq

Dövlət qulluğu üzrə onlayn imtahanlar pulsuz olacaq
  30 Mart 2020    Oxunub:4121
Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.
DİM-dən Azvision.az -a verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti