Keçmiş məhkum yenidən həbsxanaya qayıdır

  28 Mart 2020    Oxunub : 1360
Keçmiş məhkum yenidən həbsxanaya qayıdır
Paytaxtda oğurluq edən şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: Bakı   Oğurluq