Tokio-2020 təxirə salındı

Tokio-2020 təxirə salındı
  24 Mart 2020    Oxunub:2644
Bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe açıqlama verib.

O, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Oyunların Təşkilat Komitəsinin rəhbəri Esiro Mori ilə yarışın təxirə salınması barədə razılığa gəlindiyini bildirib.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

Azvision.az


Teqlər: Tokio-2020  





Xəbər lenti