Təxirə salınan futbol liqalarının bərpa müddəti uzadıldı

  24 Mart 2020    Oxunub : 1037
Təxirə salınan futbol liqalarının bərpa müddəti uzadıldı
Koronavirus infeksiyasına görə təxirə salınan futbol liqalarının bərpa müddəti uzadılıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı artırılıb.

Bunlarla yanaşı, yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da aprelin 20-dək təxirə salınıb.

Azvision.az

Teqlər: AFFA