Məşhur futbolçu koronavirusa yoluxdu

  22 Mart 2020    Oxunub : 1877
Məşhur futbolçu koronavirusa yoluxdu
Məşhur futbolçu koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, belçikalı müdafiəçi Maruan Fellaini koronavirus testindən keçirilib.

Martın 20-də vətənindən Çinə qayıdan 32 yaşlı Fellaini karantinə alınıb. "Shandong Luneng" formasını geyinən futbolçunun test nəticələri pozitiv çıxıb.

Qeyd edək ki, Fellaini Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçudur.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus   Fellaini