Yaz ağac əkini davam edir

  18 Mart 2020    Oxunub : 818
Yaz ağac əkini davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.
Nazirliyin Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimovun Azvision.az -a verdiyi məlumata əsasən, son bir həftə ərzində Quba, Ağcabədi, Şəmkir, Göygöl, Bərdə, ZaqatalaŞamaxı rayonlarında Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən 50 hektar ərazidə 58 150 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

O qeyd edib ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə regionlarda 150 hektar sahədə 174 350 müxtəlifcinsli ağac əkilib.

Azvision.az

Teqlər: ETSN   Ağacəkmə