Torpaq Məcəlləsinə dəyişiklik edilir
Məcəllənin 26-cı maddəsinə (Təbii qoruq təyinatlı torpaqlar) yeni 7-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.
Dəyişiklik layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Qanun