İlham Əliyev XİN rəsmisini qəbul edib
AzVision.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Enerji sahəsində əməkdaşlığın önəmi qeyd edilib, BP-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkələrimizin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.