Məktəblərlə bağlı qərar kimlərə şamil olunur? - AÇIQLAMA

   Məktəblərlə bağlı qərar kimlərə şamil olunur? -    AÇIQLAMA
  02 Mart 2020    Oxunub:15153
Ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Azvision.az -ın məlumatına görə, Təhsil nazirinin müşaviri Elnur Məmmədov AzərTAc-a bildirib ki, bu qərar təkcə təhsilalanlara deyil, müəllimlərə və texniki işçilərə də şamil olunur.

Qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Nazirin müşaviri əlavə edib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb  





Xəbər lenti