Məktəblərdə rus bölməsi üçün vakant yerlərin sayı açıqlandı

Məktəblərdə rus bölməsi üçün vakant yerlərin sayı açıqlandı
  02 Mart 2020    Oxunub:2196
"Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var".
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bugünkü mətbuat konfransında deyib.

O bildirib ki, müəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir.

Nazirlik rəsmisi qeyd edib ki, həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib: "Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti