Məktəbin "Pepsi" qabındakı məhlulla dezinfeksiyası araşdırılır

 Məktəbin "Pepsi" qabındakı məhlulla dezinfeksiyası araşdırılır
  02 Mart 2020    Oxunub:3464
Təhsil Nazirliyi Göyçayda məktəbin plastik qabdakı məhlulla dezinfeksiya edilməsi məsələsini araşdırır.
Azvision.az -ın məlumatına əsasən nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır.
“Ola bilər ki, bu, şəxsin öz təşəbbüsü olub. Məlumdur ki, dezinfeksiya işlərini Bakıda və bölgələrdə sanitar-epidemioloji stansiyalar tərəfindən aparılır. Bu da dövlət tərəfindən həyata keçirilir".

Nazirlik rəsmisi eyni zamanda sosial şəbəkədə dərsdən qalan şagirdlərdən sağlamlıq haqqında arayışın istənilməsi ilə bağlı yayılanlara da aydınlıq gətirib:

"Koronavirusa görə məktəblərdə şagirdlərə sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib".

Aytən Zəhra
Azvision.az




Teqlər: Göyçay   Məktəb  





Xəbər lenti