Zaurun “Ümid var”ı xəstələri ümidsiz qoydu - ÖZƏL

Zaurun “Ümid var”ı xəstələri ümidsiz qoydu - ÖZƏL
  26 Dekabr 2013    Oxunub:1726
ATV kanalında uzun müddətdir yayımlanan “Ümid var” verilişində artıq xəstələrə yardım edilməsi dayandırılıb. Bu barədə AzVision-a daxil olan şikayət məktubunda deyilir.

Bildilir ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişdə xəstələrə yardım edilməsi dayandırılıb.

Oxucunun şikayətini dəqiqləşdirmək üçün sözügedən verilişin prodüsseri Nəmənd Rüstəmovla əlaqə saxladıq. O, bu iddialara aydınlıq gətirib.

“Veriliş əvvəlki qaydada davam edir.”Ümid var” gündəlik reytinqdə lider proqram olduğundan bizə olam müraciətlərin sayı da gözləntilərimizi qat-qat üstələdi. Bizim də bu yardımlaşma aksiyası Məhərrəm ayı çərçivəsində planlaşdırılmışdı. Və bu aksiya çərçivəsində bir nəfərə Türkiyədə böyrək nəqli həyata keçirildi. Digər bir ağır xəstə üçün 100 min dollardan çox pul toplandı. Başqa bir çoxuşaqlı ailəyə mənzilin tikintisi, mebel, məişət əşyaları paltarlar verildi. Digər bir tamaşaçının Almaniyada müayinəsi üçün fəsait toplandı və.s. Bütün bunlardan sonra də xəstəlik və yardımla bağlı müraciətlərin sayı çoxaldığından, görürük ki, artıq bunu bir veriliş çərçivəsində gerçəkləşdirmək mümkün deyildi. O üzdən verilişi əvvəlki formata qaytardıq”-deyə, N.Rüstəmov vurğulayıb.




Teqlər:  





Xəbər lenti