Doqquz maşın və iki evdən oğurluq etdi

Doqquz maşın və iki evdən oğurluq etdi
  28 Fevral 2020    Oxunub:1588
Yasamal rayonu ərazisində vətəndaşlara məxsus doqquz avtomobildən və iki evdən pul və məişət əşyaları oğurlamaqda habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov rayon polis idarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 24-də Xəzər rayonundakı evlərin birindən 550 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə kriminalistik tədqiqatlar idarəsinin və rayon polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti