Nyu-Dehlidə ölənlərin sayı 20-yə çatdı

Nyu-Dehlidə ölənlərin sayı 20-yə çatdı
  26 Fevral 2020    Oxunub:1842
Hindistanın paytaxtı Nyu-Dehlidə "Vətəndaşlıq haqqında" qanuna etiraz olaraq keçirilən aksiyalarda ölənlərin sayı 20-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli "Hindustan Times" nəşri məlumat yayıb.

Bildirilib ki, 250-dən çox etirazçı yaralanıb. Hazırda şəhərin şimal-şərqində komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Hindistan parlamentinin qəbul etdiyi qanuna əsasən, qonşu Əfqanıstan, Pakistan və Banqladeşdəki qeyri-müsəlman miqrantlar Hindistan vətəndaşlığını sadələşdirilmiş prosedur çərçivəsində ala biləcəklər.

Azvision.az


Teqlər: Hindistan   Aksiya   Etiraz  





Xəbər lenti