Bakıda toy: məhbus həbsxanada evləndi - FOTOLAR

  26 Dekabr 2013    Oxunub : 489
Bakıda toy: məhbus həbsxanada evləndi - FOTOLAR
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında nikah mərasimi keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilib və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nigahları bağlanılıb. Nikah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb.

Nikahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova Prezident İlham Əliyevə və Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədova öz minnətdarlıqlarını bildirib.

AzVision.az

Foto


Teqlər: