DİM-də Apellyasiya Komissiyası fəaliyyətə başlayıb

DİM-də Apellyasiya Komissiyası fəaliyyətə başlayıb
  25 Fevral 2020    Oxunub:2662
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirib.
DİM-dən Azvision.az -a bildirilib ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün yaradılan Apellyasiya Komissiyası bu gündən etibarən fevralın 26-dək fəaliyyət göstərəcək.

Bakalavrlar komissiyaya saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti