Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
  20 Fevral 2020    Oxunub:2507
Fevralın 21-də paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, 179 nömrəli tam orta məktəbdə (Ünvan: Gülməmməd Ramazanov küçəsi 1) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Azvision.az


Teqlər: Müəllim   Məktəb  





Xəbər lenti