BŞTİ-nin müdiri valideynlərlə görüşdü

BŞTİ-nin müdiri valideynlərlə görüşdü
  19 Fevral 2020    Oxunub:2118
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 167 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib.
İdarədən Azvision.az -a verilən məlumata görə, Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçirilən qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusun tikilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, eksternat imtahan, dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Rəşad Tağıyev vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Azvision.az


Teqlər: BŞTİ  





Xəbər lenti