Peşə standartlarının hazırlanması mexanizmi yaradılacaq

Peşə standartlarının hazırlanması mexanizmi yaradılacaq
  18 Fevral 2020    Oxunub:2337
“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilə qədər dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl sektorun maddi-texniki bazasından və mütəxəssislərindən istifadə etməklə peşə təhsili müəssisələrinə dəstək verilməsi, işəgötürənlərin tələblərinə uyğun qurulmuş təhsil proqramları (kurikulumlar) vasitəsilə peşə təhsili və təlimi müəssisələrində nəticələrə əsaslanan keyfiyyətli təhsilə rəvac verərək, məzunların əmək bazarına inteqrasiyasını və məhsuldarlıq səviyyəsini yüksəltmək nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında da öz əksini tapıb.

Tədbirlər Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə əmək bazarının tələblərini əks etdirən peşə və kvalifikasiya standartlarının hazırlanması mexanizmini yaradacaq.

Azvision.az



Teqlər: Peşə   Mexanizm  





Xəbər lenti