Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi

  17 Fevral 2020    Oxunub : 4068
 Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Dəyişiklik Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən qəbul edilib.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Azvision.az

Teqlər: DİM   İmtahan   Tələbə