Magistraturaya ərizə qəbulu başa çatdı

Magistraturaya ərizə qəbulu başa çatdı
  14 Fevral 2020    Oxunub:2374
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a verilən məlumata görə, 15703 bakalavr elektron ərizəsini təsdiq edib. Onlardan 14404-ü Azərbaycan, 1299-u rus bölməsi üzrədir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti