Müəllim işləmək istəyənlərin nəzərinə!

  08 Fevral 2020    Oxunub : 1770
Müəllim işləmək istəyənlərin nəzərinə!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək üçün işə qəbul prosesi fevralın 28-dək davam edəcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mərkəzə informasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları vakansiya elan olunub.

Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilə, sənaye təcrübəsinə, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdırlar. Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.

Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Xatırladaq ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi